Another advertisement
Quduzluğa yoluxma halı ilə əlaqədar Xonidə karantin elan ediləcək.
QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalına Xoni Munisipalitetinin meri Lado Curxadze açıqlayıb.
Quduzluğa yoluxma halı bu gün təsdiqlənib. Hazırda itlə təmasda olan 15 nəfərin şəxsiyyəti müəyyən edilib.
Xatırladaq ki, ötən həftə it üç uşağı dişləyib. Fakt ötən həftə baş verib. Onların hər üçü quduzluğa qarşı peyvənd olunub, lakin bir uşağa digər xəstəlik səbəbindən immuniteti gücləndirən dərman vurulmayıb. Uşaqlar həkimlərin nəzarətindədirlər.