This is a specific ad

Qudauri-Kobi hissəsində nəqliyyatın hərəkəti bərpa edilib

55

Another advertisement

Stefantsminda-Larsi avtomobil yolunun Qudauri (post)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti bərpa edilib.

QafqazTürk.com xəbər verir ki,bu barədə Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.

Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri (post)-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, Qudauri (post)-Kobi hissəsində isə yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.

“Tunellərdə 22-dən çox oturacağı olan (sürücü oturacağı istisna olmaqla) sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş qoşqulu, yarımqoşqulu motorlu nəqliyyat vasitələri və M3 kateqoriyalı avtomobillər birtərəfli hərəkət edəcək”, – məlumatda deyilir.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Tbilisidə partlayış baş veri – Ölən və yaralananlar var – VİDEO
Öncəki yazı
Bolnisi rayonunun Kəpənəkçi kəndində iftar süfrəsi açılıb – FOTOLAR