Qudauri – Kobi hissəsində hərəkət məhdudlaşdırılıb

60

Çətin meteoroloji şəraitlə (çovğun, qar sürüşməsi və görmə qabiliyyətinin məhdudluğu) beynəlxalq əhəmiyyətli Mçxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində bütün növ avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Milli Ekologiya Agentliyindən verilən məlumata görə, Mleta-Qudauri və Stepantsminda-Larsi hissələrində nəqliyyat vasitələrinin hərəkəti fasiləsiz rejimdə həyata keçiriləcək.

Bu barədə məlumatı Avtomobil Yolları İdarəsi yayıb.

Kateqoriya: Cəmiyyət, Gündəm, Region
Sonrakı yazı
Donald Tramp deyib ki,Vladimir Zelenski fevralın 28-də Vaşinqtona gələcək və “çox böyük müqavilə” imzalayacaq
Öncəki yazı
Cənubi Koreya kəşfiyyatı: Şimali Koreya Rusiyaya əlavə qoşun göndərir