This is a specific ad

Qrip peyvəndi bu tarixdən vurulacaq

236

Another advertisement

Qrip peyvəndi bu tarixdən vurulacaq.

Ölkəmizin vətəndaşları otyabrın ikinci yarısından etibarən qripə qarşı peyvənd olunacaqlar.

QafqazTürk Media xəbər verir ki, bu barədə İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibb direktoru İ. Çxaidze məlumat verib. O deyib ki, son illərdə Gürcüstan Səhiyyə Nazirliyi hər qış mövsümü üçün təxminən 200 min doza mövsümi peyvənd alır. İlk növbədə risk qrupunda olan insanlar peyvəndi pulsuz ala bilirlər. Bunlar, ilk növbədə, yaşı 65-dən yuxarı olan vətəndaşlar və məktəbəqədər yaşlı uşaqlardır.

Qafqaz Türk Media peyvəndin qripin qarşısını almaqda nə qədər təsirli olması məsələsinə də aydınlıq gətirib. Məlum olub ki, peyvənd bütün dünyada 60 ildən artıqdır ki, istifadə olunur. Peyvənd qripdən 70 %-dən çox hallarda qoruyur və risk qrupuna aid insanlarda yarana biləcək fəsadların (məsələn, ağır ağciyər infeksiyaları) qarşısını alır. Xəstəliyin qarşısının alınmasında peyvəndlə yanaşı, əl gigiyenasının təmin edilməsi və ümumi sağlamlıq tədbirlərinə (qidalanma, fiziki fəaliyyət və yuxu rejimi) diqqət yetirilməsi, insanların sıx olduğu mühitlərdən və xəstə insanlardan uzaq durmaq da mühüm əhəmiyyət kəsb edir.

Kateqoriya: Cəmiyyət, Sağlamlıq
Sonrakı yazı
Konsertdən əvvəl pizza  
Öncəki yazı
Bu günə olan valyuta məzənnəsi- Dollar və Avronun qiyməti dəyişdi