Qrenlandiyalılar gələcəklərini özləri həll etməlidirlər- Yens-Fridrix Nilsen

16

Qrenlandiyada keçirilən seçkilərdə qalib gələn sağ mərkəzçi “Demokratik” partiyanın lideri Yens-Fridrix Nilsen ABŞ prezidenti Donald Trampın bəyanatına cavab olaraq bildirib ki, Qrenlandiyalılar gələcəklərini özləri həll etməlidirlər.

“Biz amerikalı olmaq istəmirik. Xeyr, biz danimarkalı olmaq istəmirik. Biz Qrenlandiyalı olmaq istəyirik və gələcəkdə müstəqillik istəyirik. Biz öz ölkəmizi qurmaq istəyirik”, – Nilsen deyib.

Məlumat üçün bildirək ki, Yens-Fridrix Nilsen Qrenlandiyanın ehtimal olunan gələcək Baş naziridir, çünki onun partiyası martın 11-də keçirilən qanunvericilik seçkilərində qalib gəlib və hazırda koalisiya hökuməti yaratmaq üçün digər partiyalarla danışıqlar aparır.

Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp dünən bir daha Qrenlandiyadan danışaraq ABŞ-ın milli təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacı olduğunu bildirib.

Jurnalistlərdən biri Qrenlandiyanın potensial ilhaqı ilə bağlı Trampın fikrini soruşduqda belə cavab verib: “Düşünürəm ki, bu baş verəcək”.

Kateqoriya: Dünya, Gündəm
Sonrakı yazı
American Airlines-a məxsus təyyarə təcili eniş etdikdən sonra yanmağa başlayıb
Öncəki yazı
Donald Tramp NATO-nun baş katibi ilə görüşüb