“Gürcü Arzusu” növbəti dəfə qrantlarla bağlı qanuna düzəlişlər edir.
Avropa Birliyinin tədqiqat və innovasiya proqramı, “Horizon Europe” və Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən qrantlar artıq hökumətdən razılıq almaq öhdəliyinə tabe olmayacaq.
Qanun layihəsi baxılmaq üçün Parlamentə təqdim edilib.
Qanun layihəsinin təşəbbüskarları “Gürcü arzusu”nun deputatlarıdır. Təşəbbüskarlar ona tez bir zamanda baxılmasını xahiş ediblər.
Məlumat üçün bildirək ki, “Gürcü Arzusu” qrantlar haqqında qanuna düzəlişlər edib, ona görə qrantın verilməsi üçün hökumətin və ya hökumətin təyin etdiyi səlahiyyətli şəxsin/orqanın razılığı tələb olunur. Razılıq olmadan verilən qrantın qəbulu qadağandır.
Korrupsiyaya qarşı Mübarizə Bürosuna icazəsiz qrantların verilməsi və alınmasına nəzarət etmək tapşırılıb.