Qotur necə müalicə olunur və Gürcüstanda vəziyyət necədir? – NCDC tövsiyəsi

48

“Qotur xəstəliyi hər il müşahidə olunur, artım qeydə alınmayıb və bu xəstəlik hər kəsdə baş verə bilər ” –  QafqazTürk Media xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktor müavini Paata İmnadze açıqlama verib.

Onun sözlərinə görə, qotur xəstəliyi gənə mənşəli dəri xəstəliyidir və insandan insana əsasən uzunmüddətli birbaşa dəri təması yolu ilə keçir. Paata İmnadzenin izahına görə, il ərzində təkcə Gürcüstanda deyil, Avropa ölkələrində də əhalinin təxminən 1 faizində qotur qeydə alınır.

“ Qotur xəstəliyi tərəfindən yaranan xəstəlikdir. Əsas simptomu güclü qaşıntıdır. O, yalnız uzunmüddətli və sıx dəri təması ilə keçir, lakin bəzən yataq dəsti, dəsmal və ya geyim vasitəsilə də yoluxa bilər. Müalicəsi isə çox sadədir – xüsusi məlhəmlərlə aparılır.

Profilaktika məqsədilə vacibdir ki, yoluxmuş şəxslə təmasdan çəkinək, başqasının dəsmalından, geyimindən və yataq dəstindən istifadə etməyək. Müalicə yalnız xəstənin özünə deyil, həmçinin onun ailə üzvlərinə və onunla sıx təması olan hər kəsə aparılmalıdır,” – deyə Paata İmnadze bildirib.

Son günlərdə insanlar arasında qotur infeksiyası ilə bağlı məlumatlar yayılıb.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Marneuli və ətraf kəndlərdə qaz təchizatı dayandırılıb – ƏTRAFLI
Öncəki yazı
Zoxran Məmdani tarix yazdı – Nyu-Yorkun ilk müsəlman və ən gənc meri seçildi – ƏTRAFLI