Qoridə polisə hücum: 4 polis yaralanıb, 5 nəfər saxlanılıb

61

Qoridə polisə hücum: 4 polis yaralandı, 5 nəfər saxlanılıb.

Gürcüstanın Qori rayonunun Xeltubani kəndində polis əməkdaşlarına hücum edilib. Nəticədə 4 polis yaralanıb, onlardan 3-nə soyuq silahla xəsarət yetirilib.

Yaralılardan ikisi Hərbi Hospitalda, ikisi isə “Qormed” klinikasında müalicə alır. Həkimlərin məlumatına görə, vəziyyətləri stabildir və həyatlarına təhlükə yoxdur.

Hadisə sürücülük vəsiqəsi olmayan 15 yaşlı yeniyetmənin polisə müqavimət göstərməsi ilə başlayıb. Qarşıdurmaya onun atası və qohumları da qoşulub.

Polisə qrup halında hücum etməkdə şübhəli bilinən 5 nəfər isti izlərlə saxlanılıb. Faktla bağlı istintaq davam edir.

Kateqoriya: Cəmiyyət, Region
Sonrakı yazı
Paşinyandan Aİ-yə üzvlüklə bağlı siqnal: Ermənistan Avropa yolunda israrlıdır
Öncəki yazı
“Fikirlərini formalaşdırmaqda çətinlik çəkirlər, tənqidi fikir yürüdə bilmirlər, söz ehtiyatları məhduddur…”- UNICEF-in Gürcüstan tələbələri ilə bağlı araşdırması