This is a specific ad

Qonşusuna soyuq silahla xəsarət yetirən şəxs tutulub

274

Another advertisement

Samtredia ərazisində qonşusuna soyuq silahla xəsarət yetirərək hadisə yerindən qaçan şəxs tutulub.

QafqazTürk media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“Daxili İşlər Nazirliyinin İmereti RPŞ əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış-istintaq tədbirləri nəticəsində qəsdən adam öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş şəxs həbs olundu.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qonşu qadına – Samtredia şəhərində 1952-ci il təvəllüdlü şəxsə soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib.

Həyata keçirilmiş əməliyyat-axtarış-istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi isti izlərlə yaxalayıblar.

“Qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırılır”, – deyə məlumatda qeyd olunur.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Abxaziyada iki Gürcüstan vətəndaşı həbs edilib
Öncəki yazı
შესაძლოა, ჰაერის ტემპერატურამ +39°C-ს გადააჭარბოს – უახლოესი დღეების პროგნოზი