Tbilisi şəhərində, İsanidə qonşu qonşusunu qətlə yetirib. Qonşular arasında dava ölümlə nəticələnib.
Məlumata görə, yaşı 40 yaşlarında olan kişilər arasında maşın saxlamaq üstündə başlayan dava qətllə bitib.
Hadisə yerində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Cinayətlə bağlı araşdırma aparılır. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 108 və 236-cı maddəsi ilə cinayət işi başlanıb.
Təqsirləndirilən şəxsə gəlincə, o, yaralı halda klinikaya yerləşdirilib.