Vani Bələdiyyəsinin Şuaqora kəndində qonşu qonşusunu qətlə yetirib.
QafqazTürk Media xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Mövcud məlumata görə, təqsirləndirilən şəxsin psixi problemləri olub. Cinayətin silahı ov tüfəngidir.
DİN-dən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. İstintaq 108-ci qəsdən adam öldürmə maddəsi ilə başlanıb.