Another advertisement
Qomi-Saçxere-Çiatura-Zestaponi yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi məlumat yayır.
Məlumata görə,görülən təmizləmə işləri nəticəsində daxili dövlət əhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yolunun 1 km-40 km hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Qeyd edək ki,dünən güclü qar və aşağı temperatur səbəbindən Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yolunun hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilmişdi.