Qomi-Saçxere-Çiatura-Zestaponi yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

1

Qomi-Saçxere-Çiatura-Zestaponi yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi məlumat yayır.

Məlumata görə,görülən təmizləmə işləri nəticəsində daxili dövlət əhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yolunun 1 km-40 km hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Qeyd edək ki,dünən güclü qar və aşağı temperatur səbəbindən Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yolunun hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilmişdi.

0
0
Kateqoriya: Region
Sonrakı yazı
Qəzzada humanitar atəşkəs barədə razılıq əldə olunub
Öncəki yazı
Gürcüstan Azərbaycana avtomobil ixracını kəskin artırıb