This is a specific ad

Qoçulu kəndində oğurluq hadisəsi baş verib

615

Another advertisement

Bolnisi bələdiyyəsinin Çapala kənd sakini Səlminaz Bayramovanın sözlərinə görə, 2021-ci ilin may ayında evindən külli miqdarda pul – 34.000 lari oğurlanıb.

QafqazTürk Media xəbər verir ki, Səlminaz xanımın sözlərinə görə, polis istintaqa laqeyd yanaşıb və iş  araşdırılmayıb.

Rayonun Çapala kənd sakini Səlminaz Bayramova bildirib ki, oğurluq 2021-ci ilin may ayında, saat 12:00 radələrində baş verib. Ev sahibləri əkin sahəsində işləyərkən naməlum şəxslər evə girərək 34 min lari oğurlayıblar.

Səlminaz Bayramovanın bildirdiyinə görə, o, polisə hər şeyi danışıb, lakin heç bir reaksiya yoxdur və polis işi ört-basdır etməyə çalışır.

“Oğurluq üç il əvvəl baş verib. Araşdırma aparılsa da, yerli polis əməkdaşı Quram Həsənov bu məsələyə ciddi yanaşmır. Barmaq izləri müəyyən edilsə də, ifadəmdə şübhəli şəxsin adını çəksəm də, polis məlumatı gizlədir, işi ört-basdır etməyə çalışır. Aradan 10 il keçsə belə, mən əl çəkməyəcəyəm və mütləq cavab tələb edəcəm. Günahkar cəzasını almalıdır!” – deyə zərərçəkmiş Səlminaz Bayramova bildirib.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
გარემოს ეროვნული სააგენტო მოსახლეობას ამინდის გაუარესების შესახებ აფრთხილებს
Öncəki yazı
აშშ-ის კონგრესმა ენტონი ბლინკენი 19 სექტემბერს ავღანეთიდან ამერიკული ჯარის გაყვანის თაობაზე გამოკითხვაზე დაიბარა