Baçiaşvilinin döyülməsi hadisəsindən sonra istefa vermiş Qldani adına №8 cəzaçəkmə müəssisəsinin keçmiş rəisi Davit Qoqoberişvili dünyasını dəyişib.
Məlumatı Daxili İşlər Nazirliyi “Formula” telekanalına təsdiqləyib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi — “özünü öldürmə həddinə çatdırma” ittihamı ilə araşdırma aparılır.