Qızılın qiyməti yeni rekorda çatıb

35

Dünya birjalarında qızılın qiyməti tarixi maksimuma yüksəlib. Əldə olan məlumata görə, 1 unsiyanın qiyməti 3615 dollar səviyyəsində müəyyən olunub.

“Gold Prices” platformasının məlumatına əsasən, qızıl son sutkada 0,77%, son bir ayda isə 7,2% bahalaşıb. İllik müqayisədə qiymət artımı 43%-ə çatıb.

Qızılla yanaşı, gümüşün də dəyəri yüksəlir. 1 unsiya gümüşün qiyməti 41,2 dollar təşkil edir. Bu metal son bir gündə 0,47%, bir ayda 8,8%, illik müqayisədə isə 45% bahalaşıb.

 

Kateqoriya: Cəmiyyət
Öncəki yazı
Gürcüstanda yağışlı hava davam edəcək – sinoptiklər xəbərdarlıq edir