This is a specific ad

Qızılca və qripin dərmanı hansı ərzaqlardadır? – SİYAHI

48

Another advertisement

Soyuqdəymə, respirator xəstəliklər və hazırda da qızılca zamanı rasiona A vitamini ilə zəngin qidalar daxil etmək lazımdır.

QafqazTürk.com medicina.az-a istinadən xəbər verir ki, həkim Aleksandr Umnov sağalmaq və immuniteti gücləndirən qidaları açıqlayıb.

“A və C vitamini ilə zəngin meyvə-tərəvəzləri unutmaq olmaz. Bunlar sitruslar, yaşıl soğan, kök, giləmeyvələrdir. Eləcə də yağsız balıq, yağsız ət, yumurta, bərk pendirlər lazımdır.

A vitamini hansı qidalarda çoxdur: mal ciyəri, balıq ciyəri, kök, yaşıl göyərti, salat, kərə yağı, zeytun.

C vitamini –itburnu, bolqar bibərləri, kələm, sitrus, alma.

İmmun sistem üçün üzüm və kətan toxumlu sıyıqları da unutmayın. Bu sıyıqda sink, dəmir, maqniy, kalsium, Omeqa 3 turşusu olur.

Bu qidalar beyni aktivləşdirir, bağırsaq florasını gücləndirir, qan dövranını artırır, qanda şəkəri tənzimləyir.

Qara kişmiş qanda hemoqlobini artırır. Hemoqlobin immunitetin yarısıdır”.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
სამი ქვეყანა, სადაც საქართველოდან ექსპორტზე ყველაზე მეტი პროდუქტი გავიდა
Öncəki yazı
 თბილისი, რუსთაველის გამზირი Coca-Cola Bottlers Georgia