Parlamentin Təhsil, elm və gənclərlə iş komitəsinin sədri, “Gürcü arzusu”nun deputatı Qivi Mikanadze Estoniyanın xarici işlər naziri Marqus Çaqnanın Estoniyanın daha 14 gürcü məmura sanksiya tətbiq etməsi ilə bağlı bəyanatına cavab verib.
Qivi Mikanadze qərarı biabırçı adlandırır və qeyd edir ki, bu, “Gürcü arzusu”nun seçicilərinin qərarına hörmətsizlik deməkdir.
“Bu, biabırçı qərardır və eyni zamanda, ölkəmizin daxili işlərinə növbəti kobud müdaxilədir, xalqın iradəsinə hörmətsizlikdir və 1 milyon 120 min seçicinin ifadəsinə məhəl qoymamaqdır. Estoniyanın bu addımı bir daha göstərir ki, onların dostluğu ancaq sözdədir, əməldə ifadə olunmur və onlar müəyyən dərəcədə yerli səviyyədə qarşıdurmaya və vəziyyətin radikallaşmasına yönəliblər”, – Qivi Mikanadze bildirib.