This is a specific ad

Qışda xəstələnməmək üçün bu qidadan bir ovuc yeyin

40

Another advertisement

Qış aylarında havalar soyuduqca xəstəliklərə tutulma riski də artır. Artan xəstəlik risklərinə qarşı immunitetinizi gücləndirən təbii qidaları qidalanma vərdişlərinizə daxil etsəniz, bütün qış boyu sağlamlığınızı qorumuş olarsınız.

QafqazTürk.com saglamolun.az-a istinadən xəstəliklərdən qorunmaq üçün istifadə edilməli olan immuniteti gücləndirən qidaları təqdim edir:

Sitrus meyvələri: C vitamini ilə zəngin olan sitrus meyvələrini qış aylarında istehlak etmək immuniteti gücləndirir. A vitamini də təmin edən sitrus meyvələri qış aylarında istehlak edildikdə immuniteti gücləndirir və təbii lifləri ilə arıqlamağa kömək edir.

Fındıq: Tərkibindəki sağlam yağ turşuları sayəsində antioksidan xüsusiyyətlərə malik olan qoz-fındıqları gündə bir ovuc yemək immuniteti gücləndirir. Çiy, qovrulmamış formada istehlak edilən qoz-fındıq da E vitamini ilə zəngindir. Daha çox badam və qoz yeyərək immunitetinizi gücləndirə bilərsiniz.

Balıq: Qış aylarında tərkibində omeqa qrupu yağ turşuları olan balıqların istehlakı bədəndən zərərli komponentləri çıxararaq immuniteti gücləndirir. Xüsusilə sağlam yağlarla zəngin olan qızılbalıq kimi balıqlar selen və sinklə zəngin qidalardır. Siz də qış aylarında tərkibində protein olan balıqlardan istifadə etməklə özünüzü xəstəliklərdən qoruya bilərsiniz.

Yaşıl yarpaqlı tərəvəzlər: Güclü antioksidant xüsusiyyətləri və təbii lifləri sayəsində cəfəri, ispanaq və pazı kimi yaşıl yarpaqlı tərəvəzlərin istehlakı qış aylarında da immuniteti gücləndirir. A və C vitaminləri ilə zəngin yaşıl yarpaqlı tərəvəzlərdən istifadə edərək qış boyu sağlam qala bilərsiniz.

Qatıq: Probiyotiklərlə zəngin olan qatıq, faydalı bakteriyaların orqanizmə daxil olmasını təmin edərək orqanizmi zərərli formasiyalara qarşı qoruyur. Gündə 1 kasa qatıq istehlakı da dəmir mənbəyidir, qış aylarında xəstəliklərdən qorunmağa kömək edir.

Əlavə olaraq qış boyu ictimai yerlərdə əlinizdə salfetlər saxlamaqla yayılan xəstəliklərdən özünüzü qorumaq üçün bəzi ehtiyat tədbirləri görə bilərsiniz.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
SOCAR-ın Gürcüstan nümayəndəliyində Zəfər Günü qeyd olunub
Öncəki yazı
Prezident Kirbali kəndinə gedib