Another advertisement
Qırğızıstan prezidenti Sadır Japarov ölkənin dövlət bayrağının dəyişdirilməsi haqqında qanun imzalayıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan Prezident Administrasiyasının mətbuat xidməti yayıb.
Qeyd edək ki, 20 dekabrda Joqorku Keneş (ölkə parlamenti) Qırğızıstanın dövlət bayrağındakı təsvirin dəyişdirilməsi ilə bağlı təklifi müzakirəsiz təsdiqləyib.
Yeniliyə əsasən, tunduk (yurtun üstü) ətrafında bayraq üzərində yerləşən dalğavari şüalar düzləşəcək. Qanun layihəsinin təşəbbüskarları iddia edirlər ki, bir çox insanlar dalğavari şüaları ölkənin əsas kənd təsərrüfatı bitkisi olmayan günəbaxanlarla əlaqələndirirlər, düz şüalar isə günəşə daha çox bənzəyir.