Qırğızıstanın cənubunda yerləşən Cəlalabad bölgəsinin inzibati mərkəzi olan Cəlalabad şəhərinin adı qəbul edilmiş qərara əsasən “Manas” olaraq dəyişdirilib. Bu dəyişikliklə şəhərin simvolu olan “Cəlalabad” yazılı köhnə loqo çıxarılaraq yerinə “Manas” yazılı yeni loqo qoyulub.
Təşkil olunmuş mərasimdə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini və Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev, yerli rəhbərlər və çox sayda sakin iştirak edib.
Mərasimdə çıxış edən Taşiyev şəhərin adının dəyişdirilməsini təbrik edərək, bu qərarın ölkənin strateji gələcəyi nəzərə alınaraq qəbul edildiyini vurğulayıb.