• 22 Fevral 2025 12:26

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Qırğızıstan və Tacikistan tarixi razılaşma imzalayıb

ByTürkan Şahverdova

Fev 21, 2025
Another advertisement

Qırğızıstan və Tacikistan sərhədlə bağlı tarixi razılaşmaya nail olublar.

QafqazTürk Media xəbər verir ki, Bişkekdə Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası haqqında sənəd imzalanıb.

Sənədi iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov imzalayıblar. Qeyd edək ki, Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin uzunluğu 970 km-dən çoxdur. Bundan əvvəl Bişkek və Düşənbə mübahisəli sahələri razılaşdırmışdılar.