Qırğızıstan və Tacikistan tarixi razılaşma imzalayıb

122

Qırğızıstan və Tacikistan sərhədlə bağlı tarixi razılaşmaya nail olublar.

QafqazTürk Media xəbər verir ki, Bişkekdə Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası haqqında sənəd imzalanıb.

Sənədi iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov imzalayıblar. Qeyd edək ki, Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin uzunluğu 970 km-dən çoxdur. Bundan əvvəl Bişkek və Düşənbə mübahisəli sahələri razılaşdırmışdılar.

Kateqoriya: Dünya, Region
Sonrakı yazı
Həkimlər qadın sağlamlığı sahəsində diqqətdən kənarda qalan dörd əsas problemi müəyyən ediblər
Öncəki yazı
Yanvar ayında inzibati xətalara görə ödənilmiş cərimələrdən icmal büdcəyə 17 935 845 lari daxil olub