This is a specific ad

Qırğızıstan Prezidenti Azərbaycan xalqını təbrik edib

50

Another advertisement

“Azərbaycan xalqını ərazi bütövlüyünün təmin olunması münasibəti ilə təbrik edirik”.

QafqazTürk.com xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında deyib.

Dövlət başçısı çıxışında bütün türk dövlətləri ilə əməkdaşlığa maraqlı olduqlarını bildirərək TDT çərçivəsində baş tutan dialoqun inteqrasiya üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib:

“Hazırda dünyada böyük transformasiyalar baş verir. Baş verən böhranlara birgə mübarizə aparmaq, həmçinin qarşılaşdığımız çağırışları birgə qarşılamaq üçün bütün imkanlarımız var”.

Bugünkü tədbir çərçivəsində imzalanacaq sənədlərin icrasına Qırğızıstanın da öz töhfəsini verəcəyini vurğulayan S.Japarov bu sənədlərin türk dövlətlərinin çoxşaxəli əməkdaşlığında yeni səhifə açacağına əminliyini bildirib:

“Dünyadakı geosiyasi durum qardaş türk xalqlarının iqtisadi potensialının artırılması üçün öz səylərini birləşdirməsini vacib edir”.

Kateqoriya: Dünya
Sonrakı yazı
Dünya birjalarında neft bahalaşdı
Öncəki yazı
Ərdoğan: “Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir”