“Vahid Milli Hərəkatı”ın liderlərindən olan Qiorqi Vaşadzenin sözlərinə görə, o, deputat mandatına xitam verilməsi üçün parlamentə rəsmi müraciət edib.
QafqazTürk Media xəbər verir ki, Vaşadzenin qanunverici orqanda davam edən aksiyada dediyi kimi, o, digər müxalifətçilərin də eyni addımı atacağına əmin olsa da, həmkarları ilə bu məsələni müzakirə etməyib.
“Şəxsən mən artıq parlament adlandırdıqları bu özünəməxsus quruma bəyanat göndərmişəm və dərhal mandatıma xitam verilməsini tələb edirəm. Dərhal xahiş edirəm ki, onlarla bütün əlaqəmi ləğv etmək barədə qərar qəbul etsinlər. Mənim bu özünəməxsus qrupla heç bir əlaqəm olmayacaq. Mən sona qədər sizinlə olacam ki, qalib gələ bilək. Əminəm ki, həmkarlarım da bunu edəcək, mən buradayam və sizə buradan müraciət edəcəyəm”, – Qiorqi Vaşadze bildirib.