23 yaşlı Qiorqi Qaxeladze su üzərində 33 km qət edən və dünya rekordu vuran ilk gürcü enduro motosikletçisidir.
QafqazTürk Media xəbər verir ki, 2023-cü ilin mayında Qiorqi xüsusi təchiz olunmuş enduro motosikleti ilə saatda 80 kilometr sürətlə “Tbilisi dənizi”ni keçdi və su üzərində uzun məsafə qət edən dünyada üç idmançıdan biri oldu. Kobuletidəki Yeni Bulvar yaxınlığındakı çimərlikdən Potiyə qədər o, bu dəfə 33 kilometri saatda 100 kilometr sürətlə qət edərək, avstraliyalı Robbi Medisonun nəticəsini yaxşılaşdıraraq dünya rekorduna imza atıb.
2023-cü ilin ən yaxşı avtoidmançısı Gürcüstanda “Qara dəniz”də 35 metr dərinliyə qədər suda ilk sınağından çıxıb və qarşısına yeni zirvələri fəth etməyi məqsəd qoyub.
Qiorqi Qaxeladze 2017-ci ildən Gürcüstan Enduro çempionatının məğlubiyyətsiz çempionudur.