• 12 Mart 2025 21:13

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Qiorqi Qaxariya Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gedib

ByTürkan Şahverdova

Fev 12, 2025
Another advertisement

“Gürcüstan Naminə Qaxariya” Partiyasının sədri Qiorqi Qaxariya Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı partiyanın mətbuat xidməti yayıb.

Onların sözlərinə görə, Qiorqi Qaxariya konfrans çərçivəsində müxtəlif panel müzakirələrində iştirak edəcək, burada Gürcüstanda davam edən proses və regionda təhlükəsizlik çağırışları barədə danışacaq.

“Həmçinin, Qaxariya ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və Aİ-yə üzv ölkələrin icra və qanunvericilik orqanlarının rəhbərləri, eləcə də Amerika və Avropanın aparıcı analitik təşkilatları ilə təkbətək, ikitərəfli görüşlər keçirəcək.

Giorqi Qaxariya-nın Gürcüstanın tərəfdaşlarına əsas mesajları ilk növbədə qanunsuz siyasi məhbusların vaxtında azad edilməsi və Gürcüstanın normal demokratik inkişaf yoluna vaxtında qayıtması tələbi ilə bağlı olacaq ki, bu da yalnız dəyişmiş seçki mühitində yeni seçkilərlə mümkün olacaq”, – məlumatda deyilir.