Qiorqi Qaxariya bu gün istintaq komissiyası tərəfindən uzaqdan dindiriləcək

76

“Gürcüstan Naminə Qaxariya” partiyasının lideri Qiorqi Qaxariya bu gün istintaq komissiyası tərəfindən uzaqdan dindiriləcək.

Qaxariyanın istintaq komissiyasının iclasında dindirilməsi saat 16:00-da başlayacaq.

Komissiyanın sədri Tea Çulukianinin qeyd etdiyi kimi, Qorqi Qaxariya “qoşularkən texniki hissəni özü təmin etmək və sessiyanın sonuna qədər əlaqəni kəsməmək” öhdəliyi daşıyacaq.

Qiorqi Qaxariya dindirilməzdən əvvəl Tornike Qerliani və İmeda Maisuradze, o cümlədən general Mamia Balaxadze yenidən komissiya üzvlərinin suallarını cavablandıracaqlar.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Azərbaycan və Ukrayna arasında yeni diplomatik münasibətlər
Öncəki yazı
2 iyul tarixinə olan valyuta məzənnəsi məlumdur