Another advertisement
Daxili İşlər Nazirliyi Batumidə “Gürcüstan üçün Qaxariya” partiyasının lideri Qiorqi Qaxariyaya hücumla bağlı araşdırmalara başlayıb.
Nazirlik bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə istintaq başlayıb.
Batumidə “Qaxariya – Gürcüstan üçün” lideri Qiorqi Qaxariya hücuma məruz qalıb. Müxalifətçi siyasətçiyə hücum ötən gecə Şeraton otelində baş verib. Qaxariya klinikaya aparılıb. Həkimin sözlərinə görə, Qiorqi Qaxariyanın burun sümüyünün sınığı və beyin silkələnməsi qeydə alınıb.