Another advertisement
“Gürcüstan üçün Qaxariya” partiyasının sədri Qiorqi Qaxariya Tbilisi Prokurorluğundadır.
Baş Prokurorluqdan verilən məlumata görə, o, dindirilmək üçün agentliyə çağırılıb.
Qiorqi Qaxaria Batumidəki Şeraton otelində baş verən insidentlə bağlı istintaq orqanı tərəfindən araşdırılır.
Məlumat üçün bildirək ki, “Gürcüstan üçün Qaxariya” partiyasının lideri Qiorqi Qaxariya yanvarın 15-də Batumidəki “Şeraton” otelində silahlı hücuma məruz qalıb. Qaxariya klinikaya aparılsa da, sonradan xəstəxananı tərk edib. Həkimin sözlərinə görə, Qiorqi Qaxariyanın burun sümüyü sınıb və beyni silkələnib. Qaxariya ilə fiziki qarşıdurmada iştirak edən şəxslərdən biri də “Gürcü arzusu” partiyasının deputatı Dimitri Samxaradze olub.