• 13 Mart 2025 04:36

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Qiorqi Qaxaria prokurorluq tərəfindən zərərçəkmiş kimi tanınıb

ByNiyazi Yusubov

Yan 27, 2025
Another advertisement

Prokurorluq “Gürcüstan naminə Qaxariya” partiyasının lideri Qiorqi Qaxariyanı zərərçəkmiş kimi tanıyıb.

“Əhəmiyyətli sübutlar artıq məhv edilib və biz bu işin arxasında nələrin dayandığı ilə maraqlanırıq. Vəkil iş materialları ilə tanış olacaq”, – mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, Batumidəa yanvarın 15-də Şeraton otelində Qiorqi Qaxariaya hücum edilmişdi. Qaxariya klinikaya aparılsa da, qısa müddət sonra xəstəxananı tərk edib. Həkimin sözlərinə görə, onun burun sümüyünün sınığı və beyin silkələnməsi olub. Qaxariya ilə fiziki qarşıdurmada iştirak edən şəxslərdən biri də “Gürcü arzusu” partiyasının deputatı Dimitri Samxaradze olub, Qaxariyaya hücumla yanaşı, həmin oteldə qeyri-hökumət sektorunun nümayəndəsi Zviad Koridze ilə də qarşıdurma baş verib. Koridzenin sözlərinə görə, o, “Gürcü arzusu”nun nümayəndəsi Dimitri Samxaradze və ətrafı ilə qarşılaşıb.