This is a specific ad

Qiorqi Qabitaşvili Gürcüstanın baş prokuroru seçildi

80

Another advertisement

Hüquq Məsələləri Komitəsinin iclasında müsbət qiymət verildikdən sonra parlamentin növbədənkənar sessiyasının plenar iclasında Qiorqi Qabitaşvili 80 “lehinə” səslə baş prokuror seçilib. O, altı il bu vəzifəni icra edəcək.

QafqazTürk Media xəbər verir ki, Komitənin iclasında Qiorqi Qabitaşvilinin bildirdiyinə görə, onun xüsusi prioriteti uşaq qurbanı və şahidlərin, o cümlədən cinsi zorakılıq və istismardan, şəxsi məlumatların qanunsuz əldə edilməsi və yayılmasından qorunmasıdır.

Qiorqi Qabitaşvili Gürcüstan Prokurorluğunun vətəndaşlarla və media ilə əlaqələrin açıq olmasının vacibliyindən danışıb.

Yeni seçilən baş prokuror hesab edir ki, hazırda Prokurorluq siyasi təsirlərdən tam müstəqildir.

Qeyd edək ki, Qabitaşvili son 11 ildə baş prokurorun müavini vəzifəsində çalışıb. O, 18 illik iş təcrübəsinin bir hissəsini əvvəlki hökumət dövründə istintaq orqanlarında işləyərkən toplayıb:

2005-2007-ci illərdə Tbilisi və Mçxeta prokurorluqlarında təcrübə keçib;
2007-2010-cu illərdə Daxili İşlər Nazirliyində aparılan araşdırmalara nəzarətçi prokuror vəzifəsində rəhbərlik etmişdir;

2010-2011-ci illərdə Qori rayon prokuroru olub;

2011-2013-cü illərdə Daxili İşlər Nazirliyində aparılan araşdırmalara nəzarətçi prokuror kimi rəhbərlik edib;

Xatırladaq ki, İrakli Şotadze mayın 23-də baş prokuror vəzifəsini tərk edib.

 

Kateqoriya: Gündəm
Sonrakı yazı
საქართველოში მიწისძვრა მოხდა
Öncəki yazı
Marneulidə yol qəzası baş verib- Ölən var