Qeyri-iş günləri ilə əlaqədar olaraq 2025-ci il yanvarın 1-dən 12-dək patrul polis idarəsinin Tbilisi, Mçxeta, Rustavi, Qori və Batumi xidmət mərkəzləri, eləcə də məlumat zəng mərkəzi işləməyəcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Onların verdiyi məlumata görə, mərkəz yanvarın 13-dən əvvəlki qaydada fəaliyyətini bərpa edəcək.
“Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin Vahid Xidmət Mərkəzi nəzərinizə çatdırır ki, Yeni il bayramı ilə əlaqədar vahid xidmətin Tbilisi, Mçxet, Rustavi, Qori və Batumi xidmət mərkəzləri, eləcə də məlumat zəng mərkəzi , 1-12 yanvar 2025-ci il tarixlərində işləməyəcək. Yanvarın 13-dən isə mərkəz adi qaydada fəaliyyətini bərpa edəcək.
Burada nəzərinizə çatdırırıq ki, patrul polisi tərəfindən tərtib edilmiş inzibati cərimənin müraciətinin son günü qeyri-iş gününə təsadüf edərsə, vətəndaşa müraciət müddətindən növbəti (birinci) iş günündə xidmətdən istifadə etmək imkanı yaradılacaq.