This is a specific ad

Qeyri-gürcüdilli məktəblərin və sektorların Azərbaycan və erməni dilləri üzrə təcrübəçi statusu olan müəllimlərinin karyerada inkişafı şərtləri müəyyənləşib

100

Another advertisement

Qeyri-gürcüdilli məktəblərin və sektorların Azərbaycan və erməni dilləri üzrə təcrübəçi statusu olan müəllimlərinin karyerada inkişafı şərtləri müəyyənləşib.

QafqazTürk xəbər verir ki, yeniliyə əsasən qeyri-gürcüdilli məktəblərin və sektorların Azərbaycan və erməni dilləri üzrə təcrübəçi müəllimləri 2025-2026-cı tədris ilinin sonuna qədər təcrübəçi statusunu saxlayacaqlar.

2026-cı ilə qədər bu müəllimlər Müəllimlərin Peşə İnkişafı üzrə Milli Mərkəzin, Zurab Jvania adına Dövlət İdarəçilik Məktəbinin, yaxud da ali təhsil müəssisələri tərəfindən təşkil edilmiş gürcü dili kurslarının gürcü dilini bildiyini sübut edən sənədini təqdim etdiyi və fənn kompetensiyasını qismən təsdiq etdiyi (1, 4, 7 və ya 10 kredit bal) halda baş müəllim statusu qazana biləcəklər. Həmin müəllimlər peşə bacarıqları ilə bağlı uzunmüddətli təlim-kurs keçmək hüququ əldə edəcəklər. Həmin təlim-kursu uğurla başa vurduqları halda isə baş müəllim statusu əldə edəcəklər.

2022-ci ilin 31 dekabrına olan göstəricilərə əsasən fənn və peşə kompetensiyasını 10 kredit balla təsdiqləmiş qeyri-gürcüdilli məktəblərin və sektorların Azərbaycan və erməni dilləri üzrə təcrübəçi müəllimlərinə baş müəllim statusu veriləcək.

2022-ci ilin 31 dekabrına olan göstəricilərə əsasən fənn və peşə kompetensiyasını minimum 1 kredit balla təsdiqləmiş qeyri-gürcüdilli məktəblərin və sektorların Azərbaycan və erməni dilləri üzrə təcrübəçi müəllimlərinə də baş müəllim statusu veriləcək.

Həmin maddənin birinci bəndinə əsasən, qeyri-gürcüdilli məktəblərin və sektorların Azərbaycan və erməni dilləri üzrə təcrübəçi müəlliminin 2025-2026-cı tədris ilinin sonuna qədər ümumtəhsil müəssisəsində Azərbaycan və erməni dillərini tədris etməməsi halında, həmin təhsil müəssisəsi qeyd olunan faktla bağlı Müəllimlərin Peşə İnkişafı üzrə Milli Mərkəzə müraciət etməlidir. Müraciət əsasında Müəllimlərin Peşə İnkişafı üzrə Milli Mərkəz bu barədə Təhsilin İdarə Edilməsi üzrə  Məlumat Sisteminə yazılı məlumat verəcəkdir.

Mənbə: YeniYol Qəzeti

Kateqoriya: Təhsil
Sonrakı yazı
Müəllimlik imtahanı üçün 18 min 500-dən çox namizəd qeydiyyatdan keçib
Öncəki yazı
Bu gündən Gürcüstandan buğda ixracına qoyulan qadağa aradan qaldırılıb