Qeyri-gürcü dilli məktəblərin/sektorların praktik müəllimləri və praktik xüsusi müəllimləri üçün kompetensiyanın təsdiqi imtahanı 1-3 dekabr tarixlərində keçiriləcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzi yayımlayıb.
İmtahan mərkəzləri Tbilisi və Kutaisidə fəaliyyət göstərəcək:
- Tbilisi şəhəri, №177 Dövlət Məktəbi – Tbilisi, Davit Cabidze küçəsi №38 (Gldani, 5-ci mikrorayon)
- Kutaisi şəhəri, №23 Dövlət Məktəbi – Kutaisi, Arakishvili küçəsi №15
Qeydiyyatdan keçmiş namizədlər noyabr ayında imtahan biletlərini çap edə biləcəklər. Biletlərdə göstəriləcək məlumatlar:
- Konkret imtahan mərkəzinin ünvanı
- Hər bir imtahanın tarixi
- Qeydiyyatın başlama vaxtı
- Digər vacib tövsiyələr və qaydalar
