This is a specific ad

Qazaxıstanlı sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək saxlanılıb

46

Another advertisement

Qazaxıstanın keçmiş ədliyyə naziri vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək saxlanılıb.

Qafqaztürk Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Xidmətinin məlumatında deyilir.

“Antikorrupsiya Xidməti dövlət başçısının qanunsuz dövriyyədən çıxarılmış əmlakın axtarışı və qaytarılması ilə bağlı verdiyi tapşırıqların icrası məqsədilə sabiq ədliyyə nazirini vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilirək saxlayıb”, – məlumatda deyilir.

Qurumun məlumatına görə, eks-nazir hər il bilərəkdən lazımsız xidmətlər göstərilməsi üçün özünə bağlı olan şirkətlə müqavilələr bağlayıb.Antikorrupsiya Xidmətindən bildirilib ki, aktivlərin qaytarılması üzrə işlər davam etdirilir.

Vurğulanıb ki, 2022-ci ildən bəri qeyri-qanuni yolla əldə edilmiş 856 milyard təngəlik aktivin Qazaxıstana qaytarılmasına nail olunub. Qurum 2023-cü ilin sonuna qədər daha 180 milyard təngəni dövlər büdcəsinə qaytarmağı planlaşdırır.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Avropada və Türkiyədə derbi həyəcanı – CƏDVƏL
Öncəki yazı
Gürcüstanın İsraildəki səfirliyi – İsrailin beynəlxalq hava limanının bağlandığı barədə əsassız məlumatlar yayılır, hava limanı fəaliyyətini davam etdirir