This is a specific ad

Qazaxıstanda yaşı 25-dən aşağı olanlar üçün qumar oyunları qadağan oluna bilər

50

Another advertisement

Qazaxıstanda yaşı 25-dən aşağı olan şəxslər üçün qumar oyunlarının qadağan edilməsi planlaşdırılır.

Qafqaztürk xəbər verir ki, Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Qazaxıstan Məclisində (parlament) müzakirələr zamanı deputat Elnur Beysenbayev qeyd edib ki, qumar biznesinin tənzimlənməsi ilə bağlı 2 məcəlləyə və 7 qanuna 50 dəyişiklik edilməsi planlaşdırılır.

O cümlədən, qumar oyunlarında iştirak üçün yaş həddinin 25 yaşa qədər artırılması təklif edilir.Bundan əlavə, aliment, vergi və kredit borcları üzrə borcluların reyestrində olan şəxslərin qumarda iştirakının qadağan edilməsi məsələsinə baxılır.Həmçinin, yaşayış binalarında, mağazalarda, tibb və təhsil müəssisələrində loto aparatlarının quraşdırılmasının qadağan edilməsi təklif olunur.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Ermənistanda gənclər hakimiyyət əleyhinə etiraz aksiyası keçirir
Öncəki yazı
Gürcüstanda 2023-cü ildə baş verən zorakılıq hallarının statistikasını açıqladı