This is a specific ad

Qazaxıstanda 4 günlük iş həftəsi tətbiq olunacaq

43

Another advertisement

2023-cü ilin iyulundan Qazaxıstanda 4 günlük iş həftəsi tətbiq olunacaq. Bu barədə yerli KİV məlumat yayıb.

Yeni qanuna əsasən, iyulun 1-dən ölkənin Əmək Məcəlləsinə dəyişiklik ediləcək və 4 günlük iş həftəsi konsepsiyası tətbiq ediləcək. Hazırda Məcəllədə yalnız 5 günlük və 6 günlük iş həftəsi, habelə müddəti tərəflərin razılığı əsasında müəyyən edilən natamam iş anlayışları müəyyən edilir.

Məlumata görə, Qazaxıstanın əmək qanunvericiliyinə edilən yenilik­lərin məqsədi ölkə sakinlərinə istirahət üçün daha çox vaxt verməkdir. Əmək Məcəlləsində beşgünlük və altıgünlük iş həftələri də nəzərdə tutulub. Qeyd edilir ki, iş həftəsinin müddəti tərəflər arasında razılaşmaya əsasən müəy­yən olunur. Bəzi təşkilatlarda beşgün­lük və altıgünlük iş həftələri növbələş­dirilə bilər.

İş həftəsinin uzunluğundan asılı ol­mayaraq bazar günü ümumi istirahət günüdür. Beşgünlük və altıgünlük iş həftəsində ikinci və üçüncü istirahət günləri kollektiv müqaviləyə və ya əmək intizamı qaydalarına əsasən müəyyən olunur.

Dördgünlük, beşgünlük və altıgün­lük iş həftələrində iş günündən əlavə iş müddəti ayda 12 saatdan çox, iş vaxtının məcmu uçotu müəyyən edilən hallarda isə ildə 120 saatdan çox olma­malıdır.

Sonrakı yazı
Dünyada azərbaycan əsilli milyarderlər kimdirlər? – Forbes açıqlayır
Öncəki yazı
Ərdoğan Türkiyədə xilasetmə əməliyyatında iştirak edən gürcü xilasediciləri mükafatlandırıb