This is a specific ad

Qazaxıstan Türkiyənin “Anka” PUA-larını istehsal etməyi planlaşdırır

18

Another advertisement

Türkiyənin “Anka” kəşfiyyat və hücum pilotsuz uçuş aparatlarının (PUA) Qazaxıstanda istehsalına 2024-cü ildə başlanması planlaşdırılır.

Qafqaztürk xəbər verir ki, bu barədə “inbusiness.kz” Türkiyə Aerokosmik Sənayesi Şirkətinin nümayəndəsi Erol Oğuza istinadən məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər hazırlıq işləri apardığından və investisiyaların həcmi hesablandığından hələlik daha dəqiq tarix demək mümkün deyil.

“Məqsədimiz təkcə istehsal açmaq deyil, gələcəkdə Qazaxıstanın müstəqil olaraq pilotsuz uçuş aparatları istehsal edə bilməsi üçün bu ölkəyə təcrübə və texnologiya ötürməkdir”.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcü ekspert: “İlham Əliyev müasir Azərbaycanın tarixini yazdı”
Öncəki yazı
İsrail ordusu Qəzza zolağında genişmiqyaslı quru əməliyyatına hazırlaşır