This is a specific ad

Qazaxıstan Azərbaycan vasitəsilə neft tədarükünü artırmağı planlaşdırır

84

Another advertisement

Qazaxıstan Azərbaycan vasitəsilə ixrac olunan neftin həcmini artırmaq niyyətindədir.

QafqazTürk.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqların yekunu üzrə mətbuat konfransında deyib.

“Biz enerji sahəsində əməkdaşlığın qurulmasına xüsusi diqqət yetirmişik. Bu gün bizim prioritet vəzifəmiz enerji resurslarının dünya bazarlarına çatdırılmasını daha da şaxələndirməkdir. Bildiyiniz kimi, bizim sazişlər sayəsində bu il Azərbaycan vasitəsilə Qazaxıstan neftinin ilk partiyası yola salınıb. Növbəti addım tədarükün həcmini artırmaq və bunun uzunmüddətli, sabit olmasını təmin etməkdir”, – deyə Tokayev bildirib.

O, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının tam reallaşdırılmasının vacibliyini qeyd edib.

“Söhbət logistika xidmətlərinin təkmilləşdirilməsindən, birgə nəqliyyat operatorlarının yaradılmasından, texniki və tarif şərtlərinin modernləşdirilməsindən, inzibati maneələrin aradan qaldırılmasından və qapalı logistika dövrəsinin yaradılmasından gedir. Orta Dəhliz marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi”nin səmərəli həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Bu marşruta artan maraqdan tam şəkildə yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü dövlətləri cəlb etmək barədə razılığa gəlmişik. Bütün bu tədbirlər, o cümlədən beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq Şərq-Qərb istiqamətində yüklərin sabit və operativ çatdırılması təmin edəcək”, – Qazaxıstan Prezidenti deyib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyədə məsciddən çıxanlara atəş açıldı
Öncəki yazı
Tbilisidə 150 ​​sahibsiz it üçün yeni sığınacaq tikiləcək.