İyunun 7-dən qaz silahlarının alınması/qeydiyyatı qaydalarına dəyişiklik edilib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, edilən dəyişikliyə əsasən, şəxs qaz silahını almaq/qeydiyyatdan keçirmək istəyirsə, o, silahın saxlandığı/qeydiyyatdan keçdiyi yerdən asılı olaraq Daxili İşlər Nazirliyinin müvafiq ərazi orqanının razılığını xidmət orqanına təqdim etməlidir.
“Maraqlı şəxsin yazılı müraciəti və müvafiq halların öyrənilməsi əsasında Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq ərazi orqanı silahın saxlandığı yerdən asılı olaraq razılığın verilməsi və ya razılığın verilməsindən imtina edilməsi barədə yazılı qərar qəbul edir. Qeydiyyat haqqında qərar Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ərizəçiyə bildirilir.
Polisin inzibati binasına çağırılan şəxsin gəlməməsi/imtina etməsi və/və ya səlahiyyətli şəxsin həmin şəxsin yaşadığı/silah saxlandığı yerə gəlməsinə icazə verilməməsi razılığın verilməsindən imtina üçün əsasdır.