Qaxaria adi qaydada “Milli Hərəkat”la koalisiyadaddır, onlar bir komandadır. Onun istefasını xatırlayaq, o, “Milli Hərəkat” üçün, Nika Meliya üçün istefa verib”, – bu barədə paytaxt meri Kaxa Kaladze mediaya Qiorqi Qaxariyanın keçmiş məmurlarının işə götürülməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Tbilisi merinin sözlərinə görə, mövcud radikal müxalifət partiyaları kollektiv “Milli Hərəkat”ı təmsil edir.
“Çoxlarının gözləntiləri var ki, siyasi partiyalar yenilənəcək. Bu gün normal düşünən, təhlil etmək qabiliyyəti olan hər kəs müxtəlif partiyalar kimi təmsil olunanların “Milli Hərəkat”a, kollektiv “Milli Hərəkat”a və kollektiv radikalizmə necə bağlı olduğunu anlaya bilər. Qaxaria adətən “Milli Hərəkat”la koalisiyada olur. Bölgələrdə görürsən, adətən yığılırlar, bir komandadıırlar. Buna görə də təəccüblənməyin, hər kəsin fərqli funksiyaları və müxtəlif vəzifələri var”, – deyə Kaxa Kaladze bildirib.