“Bizdə məlumat var ki, Qiorqi Qaxariya ayın sonunda yerli seçkilərdə iştirak edəcəyini açıqlamaq niyyətindədir”, – Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
Baş nazirin sözlərinə görə, “Gürcü arzusu” Qaxariyanın seçkilərdə iştirak edib-etməyəcəyi ilə maraqlanmır, çünki “radikal müxalifət spektri məğlubiyyətə məhkumdur”.
“Qiorqi Qaxariya başqa partiyaların zorakılığından qorxur və yazıları da bu məqsədə xidmət edir. Biz 64 bələdiyyənin hamısında həm mer, həm də şəhər şurası seçkilərində qalib gələcəyik”, – İrakli Kobaxidze vurğulayıb.