This is a specific ad

Qatığın bilinməyən faydaları və zərərləri

259

Another advertisement

Qatıq bütün dünyada ən çox yeyilən süd məhsullarından biridir. Çox qədim zamanlardan xəstəliklərin müalicəsi məqsədi ilə qatıqdan istifadə olunmuşdur və sağlam yaşamın “iksiri” olaraq bilinir. Südün mayalanması nəticəsində əldə edilən ağartı məhsulları içərisində ən faydalı olan qatıqdır. Sözsüz ki, burada söhbət marketlərdə günlərlə qalıb turşuyan və ya xarab olan qatıqlardan getmir. Fabriklərdə istehsal olunan qatıqlar pasterizə edildiyi üçün vitamin və minerallarını itirir. Həqiqi qatıq həqiqi maya ilə mayalanan və içərisində heç bir qatqı maddəsi olmayan qatıqdır. Bir neçə paylaşım bundan öncə südün zərərləri haqqında bir yazı yazmışdım. Belə ki, südü olduğu halı ilə içmək yerinə mayalandıraraq ondan qatıq hazırlayıb daha faydalı bir hala gətirmək daha məqsədə uyğun olar.

Qatığın tərkibi C və B12 vitaminləri ilə zəngindir. Eyni zamanda tərkibində kalsium, natrium, dəmir, manqan kimi elementlər və omega-4 yağı vardır.

Qatıq güclü bir antioksidantdır. Araşdırmalara görə uzun ömürlü insanlar çeşidli başqa qidalardan istifadə etsələr də, onların əsas qidaları qatıq olmuşdur.

Qatığın Faydaları:

  • Qatığın içərisinə xiyar doğrayaraq yemək yüksək qızdırmanı salır və bədən istiliyini normasında saxlayır.
  • Soğanla birlikdə yeyilən qatıq infeksiyaları yox edir. Xüsusi ilə soyuqdəymənin başlanğıcında soğanı əzib qatıqla qarışdıraraq yemək çox faydalı olacaqdır.
  • Qanı və qaraciyəri təmizləyir, dalaqdakı tıxanıqlıqları və böyrək daşlarını əritməyə kömək olur.
  • Həzmi asanlaşdırır.
  • Arıqlamağa kömək edir.
  • Sarılığa faydalıdır.
  • Yaraları və uçuqları sağaldır.
  • Çillərin rəngini açır.
  • Sümük sağlamlığını qoruyur.
  • Bədəni qüvvətləndirir.
  • Diş sağlamlığını qoruyur.
  • Qan şəkərini tənzimləyir.
  • Göz sağlamlığını qoruyur.
  • Dərini nəmləndirir və ölü hüceyrələrdən təmizləyir.
  • Sızanaq və səpkilərə müsbət yöndə təsir edir.
  • Günəşdən əmələ gəlmiş dəri problemlərini aradan qaldırır.

  • Qatıq Suyunun Faydaları:

    • Qatıq suyu bir müddət ac qarına içilməyə davam edildikdə, xüsusilə antibiotiklərin istifadəsindən sonra bağırsaqlarda əmələ gələn problemləri aradan qaldırır.
    • Ac qarına içildikdə bağırsaqdakı faydalı mikrobların yaşamasına kömək edir və köpü aradan qaldırır.
    • Saçları parlaq edir və uzadır.

      Qatığın Zərərli Ola Biləcəyi Hallar:

      Ümumi olaraq qatığın bilinən bir zərəri yoxdur. Hətta bəzi təbii otlarda olduğu kimi dərman müalicələri ilə birlikdə istifadəsində bir zərəri yoxdur. Ancaq köhnə qatığın və ya normadan artıq istifadə edilmiş qatığın bəzi zərərləri ola bilər.

      • Qatığı normadan artıq istifadə etmək köp və diareya (ishal) kimi problemlərə səbəb ola bilər.
      • Marketlərdən alınan qatığın faydadan çox zərəri vardır.
      • Normadan qat-qat artıq istifadə etmək bağırsaqlarda bakteriyalardan qaynaqlanan infeksiyalara səbəb ola bilər.

 

Kateqoriya: Cəmiyyət, Sağlamlıq
Sonrakı yazı
Prezident Salome Zurabişvili hazırda Emmanuel Makronla görüşdədir
Öncəki yazı
Ukrayna NATO-nun 33-cü üzvü ola bilər