Qarşıdurma 3 nəfərin yaralanması ilə nəticələnib

33

Xaşuri rayonunun Sajvare kəndində 3 nəfərin xəsarət almasına səbəb olan münaqişə baş verib. Əldə olan məlumata görə, yaralı ilə şübhəli bilinən şəxs arasında münaqişə keçmişdə baş verən qarşıdurma səbəbindən başlayıb.

Hər üç yaralı xəstəxanaya çatdırılıb. İddia olunan şübhəli şəxsə gəlincə, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, o, polis tərəfindən həbs edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 117 və 236-cı maddələri ilə qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddələri ilə araşdırma aparılıb.

Kateqoriya: Cəmiyyət, Cinayət, Region
Sonrakı yazı
Sinoptiklərdən xəbərdarlıq: Hava şəraiti…
Öncəki yazı
Marneuli-Sadaxlı avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib