This is a specific ad

Qarşıdan Gələn Həmrəylik Gününüz və Yeni İliniz Mübarək!

199

Another advertisement

Qarşıdan Gələn Həmrəylik Gününüz və Yeni İliniz Mübarək!

Bu gün, dekabrın 28-də Gürcüstan Azərbaycanlıları Konqresində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və yeni 2025-ci il bayramına həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbirdə ziyalılar, ictimai fəallar, gənclər və Konqres ətrafında birləşmiş gənc ailələr və onların məktəbli və körpə övladları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan GAK sədri H. Yusubov tədbir iştirakçılarını salamladıqdan sonra əvvəlcə dekabrın 25-də Bakı Qroznı marşrutu ilə uçuş yerinə sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.

…Hüseyn müəllimin çıxışında harada yaşamağından asılı olmayaraq, milli birliyi  təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2025-ci ilin gəlişi, bu ərəfədə ölkəmizdə baş verən hazırkı ictimai-siyasi hadisələr ana xətt olaraq keçdi. Konqres sədri ölkəmizdə gedən proseslərdən narahatlığını ifadə etdi və ümidvar olduğunu bildirdi ki, yeni 2025-ci il vətənimiz Gürcüstan üçün uğurlu olacaq və hər bir ailə üçün səadət, sülh, yeni nailiyyətlər, rifah gətirəcəkdir!

İki çağırış Gürcüstan Parlamentinin deputatı olmuş dəyərli ziyalı Ramiz Bəkirov, tanınmış ekspert Mübariz Qarayev, yazıçı Əli Abbas, ictimai fəal və müəllimə Ramilə Babakişiyeva, məktəb direktoru Hümmət Hüseynov öz ürək sözlərində maraqlı məqamlara toxundular. Maraqlı və ürəkaçan tədbirin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkür etdilər.

Tədbirdə körpə balaların iştirakı göz oxşadı, könül sevindirdi. Onların söylədikləri seirlər, sevinc dolu ürək sözləri hər kəsə xoş ovqat bəxş etdi. Körpələrə yeni il hədiyyələri təqdim olundu.

Qarşıdan gələn Həmrəylik Gününüz və Yeni iliniz mübarək, dostlar!

Bərəkətli, uğurlu illərə çatasınız!

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
GAK sədri Hüseyn Yusubov AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və Putinin üzr istəməsi ilə bağlı bəyanat yayıb
Öncəki yazı
Tbilisidə və Gürcüstanın müxtəlif şəhərlərində “Birlik zənciri” yaradılıb