This is a specific ad

Qarşıdakı günlərin hava proqnozu açıqlanıb

45

Another advertisement

Şərqi Gürcüstanda bəzi yerlərdə arabir qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qafqaztürk.com xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata görə, sentyabrın 6-dan sentyabrın 9-dək Gürcüstanda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, Gürcüstanın şərqində bəzi yerlərdə dolu düşəcəyi gözlənilir.

“Sentyabrın 6-dan Tbilisidə şimşək çaxacaq qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Poti): sentyabrın 7-8-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +27, +29 dərəcə təşkil edir.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +25, +27 dərəcə təşkil edir.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): arabir qısamüddətli yağış yağacaq, şimşək çaxacaq. Havanın temperaturu gündüz +19, +21 dərəcə təşkil edir.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplicğaro) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gün ərzində havanın temperaturu +28, +30 dərəcə təşkil edir.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): şimşək çaxacaq qısamüddətli yağış. Gün ərzində havanın temperaturu +25, +27 dərəcə təşkil edir.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Çalka, Bakuriani, Qudauri, Omalo) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +18, +20 dərəcə təşkil edir”, – deyə yayılan məlumatda bildirilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
უახლოესი დღეებისთვის ამინდის პროგნოზი გამოცხადდა
Öncəki yazı
Türkiyədən bir ilk – Azərbaycana müdafiə sənayesi müşaviri təyin edildi – FOTO