“Gürcüstan ordusu, polisi – dövlətin gücü bizim hüquq-mühafizə orqanlarındadır və qarşıdakı dörd ildə də müvafiq resursların gücləndirilməsinə, ümumiyyətlə, əsgərlərimizin və polis əməkdaşlarının qayğısına qalınmasına xüsusi diqqət yetiriləcək”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumətin iclasında bildirib.
O, növbəti 4 ildə hökumətin qayğısına qalacağı prioritet qurumlardan danışıb.
“Səhiyyə sisteminin inkişafı xüsusi prioritetdir və bizim ciddi planlarımız var, o cümlədən yeni infrastrukturun inkişafı, mövcud proqramların təkmilləşdirilməsi və genişləndirilməsi. Biz dörd il ərzində bunun üzərində fəal işləyəcəyik.
İdman və sağlam həyat tərzi – bu, əlbəttə ki, ciddi prioritetlərdən biridir. Bizim iddialı planlarımız var, çoxfunksiyalı mərkəzlərin əhəmiyyətinə xüsusi diqqət yetirəcəyik. Bu, təxminən 2 milyard lari xərclənəcək bir layihədir. Hər bir bələdiyyə son nəticədə müxtəlif idman növləri üçün öz yerləri olan çoxfunksiyalı idman infrastrukturuna malik olmalıdır. Buna da təbii ki, çox ciddi sərmayə qoyulacaq.
Təbii ki, dövlətin gücü Gürcüstan ordusunun, polisinin, bizim hüquq-mühafizə orqanlarının üzərindədir və növbəti 4 ildə müvafiq resursların gücləndirilməsinə, eləcə də ümumi qayğıya xüsusi diqqət yetiriləcəkdir. Əsgərlərimizin və polislərimizin sosial şəraitinin yaxşılaşdırılması, onlar arasında ən mühüm prioritetlərdən biri olacaq”, – Kobaxidze qeyd edib.