This is a specific ad

Qarsda Azərbaycan İş Adamları Dərnəyi yaradılıb

58

Another advertisement

Türkiyənin Qars vilayətində Azərbaycan İş Adamları Dərnəyi yaradılıb.

QafqazTürk.com xəbər verir ki, Türkiyə-Azərbaycan qardaşlığına Qarsdan töhfə vermək məqsədilə qurulan dərnək “bir millət, iki dövlət” şüarıyla sosial, mədəni və iqtisadi sahələrdə fəaliyyətlər göstərəcək.

Qars Azərbaycan İş Adamları Dərnəyinin rəhbəri Zəkəriya Dəmiral təşkilatın rəsmi olaraq qurulduğunu və önümüzdəki günlərdə geniştərkibli toplantılar keçirəcəyini bildirib. O, dərnəyə üzv olmaq istəyənlərin qeydiyyatının başlayacağını da qeyd edib.

Dərnək rəhbərinin sözlərinə görə, Türkiyə və Azərbaycan bir-birindən ayrılmaz qardaş ölkələrdir.

O, Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, o cümlədən, Azərbaycanın Ümummilli lideri, mərhum Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” sözlərini misal gətirərək qeyd edib ki, bu iki önəmli söz bizlərin bir candan olduğunun ən bariz nümunəsidir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
18 yaşadək sosial müavinət alanların sayı açıqlanıb
Öncəki yazı
İsveç payızda NATO-ya üzv ola bilər