This is a specific ad

Qarpızın insan orqanizminə faydaları

58

Another advertisement

Yay fəslinin ən sevimli meyvələrindən biri də Qarpızdır.

QafqazTürk.com xəbər verir ki, qarpızın olduqca faydalı və müalicəvi xüsusiyyətləri var.

  • Qarpız bir çox orqan və sistemlər üçün faydalıdır. Onun tərkibində PP, C, D, B1, B2, B6 vitaminləri, dəmir, mis, sink, kaliy, fosfor kalsiy duzları və fol turşusu var.
  • Tərkibində olan bütün vitamin və mikroelement bazası, qaraciyərdə mübadilə prosesini stimullaşdırır, ödün tərkibini yaxşılaşdırır, öd kisəsi və kanalda daşların əmələ gəlməsinin qarşısını alır. Məhz bu səbəbdən qarpız, xroniki  hepatit və xolesistit zamanı istifadə olunur.
  • Xərçəngə qarşı müdafiə təmin edir. Ürəyin qan təzyiqini və xolesterolu azaldır. Xolesterolun qan damarlarına verdiyi zərəri bərpa edir. Tərkibindəli sitrulin tıxanan qan damarlarının genişlənməsinə səbəb olur.
  • Habelə, fol turşusu ilə zəngin olduğu üçün qan azlığı və dəmir defisitli anemiya zamanı qarpız tövsiyə olunur.
  • Qarpızın tumları da çox xeyirli sayılır. Belə ki, tərkibndə 20-25% yağ olur. Məhz onlardan qarpız yağı hazırlanır. Müalicəvi xüsusiyyətinə görə badam yağından geri qalmır. Qarpızın tumları həmçinin qurdqovucu təsirə malikdirlər. Müxtəlif  parazitlərin  müalicəsi  və profilaktikasında geniş istifadə olunur.
  • Bu meyvənin qabığı da xeyirli hesab olunur. Onun tərkbi vitamin və müxtəlif amin turşuları iə zəngindir.

Qeyd olunur ki,  meteorizmdən əziyyət çəkənlər və şəkər xəstələri üçün qarpız məsləhət görülmür.

 

 

Kateqoriya: Maraqlı, Sağlamlıq
Sonrakı yazı
მარნეულის ცენტრალურ სტადიონზე სამოყვარულო ფეხბურთის მუნიციპალური ეტაპის ფინალური მატჩი გაიმართა
Öncəki yazı
“Microsoft”dakı nasazlıq “Windows”la işləyən 8,5 milyon cihaza təsir edib